Xəbərlər

Bu gün AŞPA-nın payız sessiyası başlayır
29 sentyabr, 2014 09:55

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır.

ERtv AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 3-dək davam edəcək sessiyanın ilk günü qurumun prezidenti bəyanatla çıxış edəcək, daha sonra bir sıra komitələrin tərkibində dəyişikliklər ediləcək.

Büro və Daimi Komitənin tərəqqi hesabatı, Türkiyədə keçirilmiş prezident seçkiləri ilə bağlı hesabat təqdim ediləcək.

Sessiyanın ilk günü həmçinin Ukraynadakı böhran, İŞİD-in yaratdığı təhlükələr müzakirə ediləcək.

Oktyabrın 2-də isə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək, daha sonra iştirakçıların suallarını cavablandıracaq.

Payız sessiyasında həmçinin Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, Vatslav Havel İnsan Hüquqları Mükafatı təsis olunacaq, Gürcüstan və Albaniyaya dair monitorinqin nəticələri açıqlanacaq.

Qeyd edək ki, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.