Müsavatın yeni başqanı Arif Hacılı oldu
27 sentyabr, 2014 09:54
Müsavat Partiyasının bu gün keçirilən qurultayında təşkilatın yeni rəhbəri müəyyənləşib.
ERtv xəbər verir ki, qurultayda keçirilmiş başqan seçkilərinin nəticələrinə əsasən, Müsavatın başqanı postunda İsa Qəmbəri Arif Hacılı əvəzləyib.
Səsvermənin açıqlanan nəticələrinə görə, A.Hacılı 450 səsdən (2 bülleten etibarsız sayılıb) 228-ni qazanaraq, qalib gəlib.
Digər namizədlər - Qubad İbadoğlu 201, Tural Abbaslı isə cəmi 19 toplayıblar.