İtaliyanın Bari şəhərində qadın voleybolçular arasında dünya çempionatı davam edir.
ERtv Goal.az-a istinadən xəbər verir ki, turnirdə mübarizə aparan Azərbaycan yığması bu gün qrup mərhələsində son oyununu keçirib.
Komandamızın rəqibi Kuba voleybolçuları olublar. Millimiz əzmkarlıq göstərərk rəqibini 3:1 hesabı ilə məğlub edib. Beləliklə, Azərbaycan növbəti mərhələyə vəsiqəni təmin edib.
28 sentyabr
Dünya çempionatı
D qrupu
Azərbaycan - Kuba - 3:1 (25:20, 25:27, 25:20, 25:22)
Millimizin statistikası :
Polina Rəhimova - 27 xal ( 24 hücum, 1 blok, 2 eys )
Odina Bayramova - 15 xal ( 15 hücum )
Katerina Jıdkova - 11 xal ( 8 hücum, 3 blok )
Ksenya Kovalenko - 8 xal ( 4 hücum, 3 blok, 1 eys )
Anastasiya Qurbanova - 5 xal ( 1 hücum, 2 blok, 2 hücum )
Ayşən Abduləzimova - 5 xal ( 2 hücum, 2 blok, 1 eys )
Oksana Kurt - 2 xal ( 1 blok, 1 eys )
Komandaların statistikası:
Hücum : Azərbaycan 54 - 50 Kuba
Blok : Azərbaycan 12 - 10 Kuba
Eys : Azərbaycan 7 - 11 Kuba
Müdafiə : Azərbaycan 58 - Kuba 54
Qəbul : Azərbaycan 35 - 39 Kuba
Xatırladaq ki, Azərbaycan millisi bundan öncə Yaponiya və Puerto-Rikoya 3:2 hesabı ilə qalib gəlib, Çinə və Belçikaya 0:3 hesabı ilə məğlub olub.