iPad üzündən bütün aeroport təxliyə edildi
29 sentyabr, 2014 09:49
Avstraliya hava limanında sərnişinlərdən birinin başı öz iPad-inə o qədər qarışıb ki, nəzarət-buraxılış məntəqəsini yoxlanışsız keçib.
ERtv “Sydney Morning Herald”ə istinadən xəbər verir ki, bu səbəbdən mühafizə əməkdaşları bütün hava limanını təxliyə etməli olublar.
Nəşrin məlumatına görə, hadisə daxili reyslərin nəzarət-buraxılış məntəqəsində baş verib. Təhlükəsizlik xidməti kişinin yoxlanışsız keçdiyini müşahidə kamerasında görüb.
Sərnişinlərin təxliyəsi və yenidən yoxlanılaraq aeroporta buraxılması təqribən 1 saat vaxt aparıb.