Hollivud aktyoru, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsnegger Madridin səfiri olub.
ERtv xəbər verir ki, A.Şvartsnegger Madrid şəhərinin müsbət imicinin təbliğində verdiyi töhfələrə görə, Madrid şəhərinin icra başçısından medal alıb.
Mükafatın təqdimetmə mərasimində iştirak etmək üçün Arnold özü Madridə gedib. Plaza-de-Sibelesdə keçirilən təntənəli təqdimetmə mərasimində 67 yaşlı aktyor çıxış edərək bildirib ki, onun çoxlu medalları, mükafatları var, amma bu, əlbəttə, son olacaq.
Aktyor həmçinin 1982-ci ildə Madriddə baş tutan “Konan-varvar” filminin çəkilişini xatırlayıb.
“Mən burada 5 ay keçirdim. Bu əla zaman idi və bu film mənim kayeramımn yüksəlişi oldu”.
Bildirək ki, cümə günü İspaniyanın paytaxtında kulturistlər üçün "Arnold Classic Europe" yarışı işinə başlayıb. Yarışda 60 ölkədən 5 min atletin iştirak edəcəyi gözlənilir. Yarışları 80 ölkədən 540 min adam müşahidə edəcək.