Azərbaycanda 6 bal gücündə zəlzələ olub
29 sentyabr, 2014 09:42
Yerli vaxtla 06:38:07-də Qəbələ şəhərindən 22 km şimali-şərqdə zəlzələ qeydə alınıb.
ERtv bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Episentrdə 6 bal, Qəbələdə 5 bal və Respublikanın əksər rayonlarında 4 - 3 bal gücündə hiss olunub. İnsan təlafatı yoxdur.
Daha sonra isə yerli vaxtla 09:19:08 Qəbələ şəhərində yenidən zəlzələ qeydə alınıb.
Məlumata əsasən, zəlzələ 11 km dərinlikdə 3,3 maqnitudada baş verib.
Zəlzələ hiss olunmayıb.