Xəbərlər

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləriylə prezidentlərin Paris görüşünə hazırlığı müzakirə ediblər
25 sentyabr, 2014 09:38

ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşərək prezidentlərin oktyabrın sonuna Parisdə planlaşdırılan görüşünə hazırlığı müzakirə ediblər.

ERtv xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat yayılıb.

Məlumatda deyilir ki, görüşdə Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andrie (Fransa)  və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.

Görüşdə Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas elementləri üzrə dialoqu davam etdirməyi planlaşdırırlar. Həmsədrlər münaqişənin nizamlanması yolunda tərəqqiyə irəliləyişə nail olmaq üçün dövlət başçılarının məhsuldar müzakirələr aparacaqlarına ümid etdiklərini vurğulayıblar.

Pyer Andrie nəzərdə tutulan görüşün gündəliyə salınacaq məsələləri barədə iştirakçıları qısa məlumat verib. Həmsədrlər yaxın zamanda bölgəyə səfər etmək niyyətində olduqlarını bildiriblər.

Həmsədrlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədri sədri Didye Burkhalter ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinin inkişafını müzakirə ediblər və ona dövlət başçılarının  Soçi və Uelsdə keçirilmiş son görüşləri barədə hesabat təqdim ediblər. Həmçinin ATƏT sədrinə Paris görüşünə hazırlığa dair məlumat veriblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.