Daha bir deputat zibil qutusuna atıldı
26 sentyabr, 2014 19:55
Ukraynanılar deputatları zibil qutularına atmaqda davam edirlər.
ERtv UNİAN-a istinadən xəbər verir ki, bu dəfə onların qurbanı Ali Radanın III çağırış eks-deputatı Aleksandr Danilçuk olub.
Bir qrup ictimai fəal Ukraynanın Roven vilayət şurası sədrinin birinci müavini Danilçuku binanın sessiya zalından bayıra çıxardıb, yaxınlıqdakı zibil qutusuna atıblar. Fəallar sessiya başlamazdan əvvəl zala daxil olublar. Danilçuk gəldikdə isə, onu içəri buraxmayıblar.
Sabiq deputat “Regionlar Partiyası” ilə əməkdaşlıqda ittiham edilib.