Xəbərlər

BMT ilə Azərbaycan arasında növbəti beş il üçün əsas prioritet sahələr açıqlanıb
26 sentyabr, 2014 19:48

BMT ilə Azərbaycan arasında tərəfdaşlıq strategiyasının prioritet sahələrinin təsdiqetmə konfransı keçirilib.

ERtv xəbər verir ki, konfransda  İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təşkil edilmiş məsləhətləşmələrdə aidiyyəti dövlət qurumlarının beynəlxalq təşkilatların, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib, BMT və Azərbaycan Hökuməti arasında əməkdaşlıq üzrə prioritet sahələr və onların nəticələri müzakirə olunub.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova ölkədə makroiqtisadi sabitliyin təmin edilməsinə diqqət çəkib.

S.Həsənova beynəlxalq təşkilatların da ölkənin sürətli inkişafını qeyd etdiklərini deyib. O Azərbaycanın Dünya İqtisadi Forumunun Rəqabətqabiliyyətlik hesabatında son on ildə 31 pillə irəliləyərək 38-ci yerə yüksəldiyini qeyd edib.

O bildirib ki, son illər Azərbaycanda həhata keçirilən uğurlu sosial -iqtisadi siyasət nəticəsinsə öllədə xarici və daxili sosial-iqtisadi çağırışlara cavab verə biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli və innovasiya yönümülü iqtisadiyyatın fotmalaşdırılması qarşıya qoyulmuş mühüm vəzifələrdir.

“Azərbaycan Hökuməti beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin qurumları ilə əməkdaşlığa xüsusi önəm verir və 2014-cq il 12 iyunda Bakıda keçirilən Birgə strateji prioritetləşdirmə konfransından sonra 2016-2020-ci illəri əhayə edən UNAPF sənədinin hazırlanmasına başlanılıb”.

S.Həsənova Azərbaycanda 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi üzrə milli məsləhətləşmələrin nəticəsində müəyyən edilmiş prioritetlərin “Azərbaycan 2020:gələcəyə baxış” inkişaf konsepsiyasına uyğun olduğunu qeyd edib.

O UNAPF çərçivəsində 2020-ci ilə qədər nəzərdə tutulan əməkdaşlığın İnkişaf Konsepsiyasının prioritetləri nəzərə alınmaqla hazırlandığını bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk keçirilən konfransın növbəti əməkdaşlıq çərçivə sənədinin əsas prioritetlərinin, eləcə də strateji nəticələrin müəyyənləşdirilməsinə töhfə verəcəyini bildirib və növbəti beş il üçün strateji prioritetlərin dayanıqlı sosial iqtisadi artım və həyat səviyyəsinin artırılması istiqamətində xüsusi əhəmiyyətini qeyd edib.

A.Bruk yeni tərəfdaşlıq çərçivəsinin 3 əsas prioritinin iqtisadi inkişafın möhhəmləndirilməsi və layiqli məşğulluğun yaradılması, institutsional işgüzarlığın möhkəmləndirilməsi-effektiv dövlət sosial xidmətlərinin təmin edilməsi, ətraf mühitin müdafiəsi-təbii və antropogen fəlakətlərə qarşı dayanıqlıq olduğunu qeyd edib.

Konfransda strateji prioritet sahələr- iqtisadi inkişaf və layiqli iş yerlərinin artırılması , təşkilati potenaialın gücləndirilməsi və effüktiv ictimai sosial xidmətlər, ətraf mühit üzrə idarəçilik habelə təbii və antropogen fəlakətlərə qarşı dayanıqlıq mövzusunda təqdimatlar keçirilib.

Konfransda BMT inkişaf proqramının eksperti Roberto Bernardo 2014-cü ilin sonunadək UNAPF sənədinin yekunlaşdırılması mqəsədilə Nəticələr Qrupları və istiqamətləndirici Komitə tərəfindən təkliflərin yaxın müddətdə təqdim olunmasının vacibliyini vurğulayıb.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.