Xəbərlər

Bakıda IV Beynəlxalq televiziya festivalının açılışı olub
25 sentyabr, 2014 09:37

Sentyabrın 24-də Bakıda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin təşkilatçılığı ilə “TEFİ-Sodrujestvo” IV Beynəlxalq televiziya festivalının açılış mərasimi keçirilib.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, tədbiri açan Rusiya Televiziya Akademiyası Fondunun baş direktoru Etere Leviyeva festivalın iştirakçı ölkələrin xalqları arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

E.Leviyeva bildirib ki, festivalda MDB-nin 11 ölkəsinin televiziya kanallarından tanınmış rejissorlar, aparıcılar və mütəxəssislər iştirak edirlər. O, festivalın təşkil olunmasında dəstəyə görə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə təşəkkür edib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev mərasimdə çıxış edərək festivalın Bakıda keçirilməsini yüksək qiymətləndirib. Ərəstun Mehdiyev festivalın şəhərimizin mədəni həyatında vacib hadisə olduğunu bildirib və Azərbaycanın regionda böyük mədəniyyət tədbirlərinə ev sahibliyi etdiyini vurğulayıb.

Festivalın ölkələrimiz arasında sıx dostluq əlaqələrinin bariz nümunəsi olduğunu deyən Prezident Administrasiyasının rəsmisi bunun eyni zamanda iştirakçıların Azərbaycanla daha yaxından tanış olmaları, təcrübə mübadiləsi baxımından yaxşı fürsət yaratdığını qeyd edib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Faiq Hüsüyev bu festivalın televiziya kanalları arasında əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğunu söyləyib. O, Azərbaycanın Rusiya ilə səmimi dostluq əlaqələrini də qeyd edib.

Əslən Bakıdan olan məşhur kinorejissor Yuli Qusman dünyada Azərbaycan qədər ikinci qonaqpərvər ölkə görmədiyini deyib və festival iştirakçılarının şəhərimizdə çox səmimi münasibətin şahidi olacaqlarını bildirib.

MDB ölkələri televiziyalarının işlərinin təqdimatı məqsədilə keçirilən bu festivalda bir çox telefilmlərə baxış olacaq. Artıq ilk olaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən çəkilən “Heydər Əliyev fondu 10 il” filmi təqdim olunub. Bundan əlavə, festival çərçivəsində Belarus, Gürcüstan, Qazaxıstan, Ukrayna, Moldova və digər ölkələrin televiziya filmlərinə də baxış keçiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.