Vəhhabilər fransalı jurnalistin başını kəsdilər
24 sentyabr, 2014 09:34
“Jund al-Khalifa” (Xilafət əsgərləri) vəhhabi-sələfi terror qruplaşmasının silahlıları Əlcəzairdə girov götürdükləri Fransa vətəndaşı Erve Pyera Qurdeli edam ediblər.
ERtv RBK-ya istinadən xəbər verir ki, “İraq-Şam İslam Dövləti” terror qruplaşması ilə əlaqəli olan silahlılar fransalının başını kəsiblər.
Jurnalist Fransanın İraqda aparılan əməliyyatlarda iştirakdan imtina etməməsindən sonra qətlə yetirilib.
Nə Fransa, nə də Əlcəzair hökuməti hadisəyə hələ ki, münasibət bildirməyib.
51 yaşlı Qurdel sentyabrın 21-də oğurlanıb. Əlcəzairə sentyabrın 20-də turist vizası ilə gəlib və paytaxt Əlcəzairdən 120 km aralıda ev kirayələyib.
Sonradan isə onun terrorçuların ətrafında videosu yayılıb.