Bakının iki rayonuna 24 saat su verilməyəcək
25 sentyabr, 2014 09:33
Bu gün saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsi 24 saat müddətində dayandırılıb.
ERtv “Azərsu” ASC-yə istinadən xəbər verir ki, su verilişinin dayandırılması Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin yenilənməsi ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.