Xəbərlər

İlham Əliyev Daxili Qoşunların Qəbələdə yeni şəhərciyinin açılışında iştirak edib
23 sentyabr, 2014 08:31

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili Qoşunların Qəbələdəki “N” saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında iştirak edib.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısına məlumat verildi ki, hazırda Daxili Qoşunların maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Hərbi hissədə yaradılan şərait də bunun əyani nümunəsidir. 5,5 hektar ərazidə salınan hərbi şəhərcikdə tikinti işləri yüksək səviyyədə həyata keçirilib.

Burada beşmərtəbəli qərargah, əsgər yataqxanası və yeməkxanası, nəzarət-buraxılış məntəqəsi və zabit yataqxanası tikilib. Ərazidə geniş sıra meydanı yaradılıb, daxili kommunikasiya xətləri çəkilib, yaşıllaşdırma işləri görülüb. Binalar bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunub. Həmçinin burada qarovul məntəqəsi, hamam və camaşırxana, qazanxana və transformator yarımstansiyası, gözətçi qüllələri tikilib istifadəyə verilib.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, şəhərciyin ərazisindəki binaların inşasında milli memarlıq elementlərindən istifadə edilib.

Sonra dövlətimizin başçısı hərbi hissənin qərargahında yaradılan şəraitlə tanış oldu. Qərargahın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına göstərdikləri diqqət və qayğını, Daxili Qoşunların fəaliyyətini əks etdirən fotostendlər və dövlət atributlarının əks olunduğu lövhələr vurulub. Müxtəlif inzibati otaqların yerləşdiyi birinci mərtəbədə döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar əksini tapıb. Yeni inşa olunan qərargah da bütün zəruri kommunikasiya sistemləri, mebel və inventarla təmin olunub.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev əsgər yeməkxanasında yaradılan şəraitlə də tanış oldu. Hərbi şəhərciyin ərazisində 30 mənzilli zabit yataqxanası da yaradılıb.

Sonda dövlətimizin başçısı Daxili Qoşunların silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində istifadə etdiyi silah və texnika növlərinə baxdı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.