Lempard qol vurdu, azarkeşin ürəyi partladı
23 sentyabr, 2014 08:27
Ötən gün İngiltərə çempionatının 5-ci turu çərçivəsində “Mançester Siti” və “Çelsi” klubları (1:1) arasında keçirilən oyun zamanı Uqandada peşəkar futbolçu və Çelsinin azarkeşi olan Fahad Musana dünyasını dəyişib.
ERtv Sports.ru-ya istinadən xəbər verir ki, 24 yaşlı azarkeş Frenk Lempardın öz keçmiş komandasına qol vurmasından sonra huşunu itirib.
Musanaya xəstəxanaya aparılarkən yolda keçinib.
Xatırladaq ki, Lempard 2001-2014-cü illərdə “Çelsidə çıxış edib.