Xəbərlər

Leyla Əliyeva: “Bernar Buffenin hətta ən qaranlıq rəsmləri belə pozitiv enerji verir”
23 sentyabr, 2014 08:24

Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində fransız rəssam Bernar Buffenin (1928-1999) fərdi sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.

ERtv xəbər verir ki, rəssamın Bakıdakı ilk sərgisində 43 əsər nümayiş olunacaq. Onların sırasında müəllifin “Sirk”, “Dantenin cəhənnəmi”, “Dərisi soyulmuşlar” silsilələrindən rəsmləri, eyni zamanda avtoportretləri var.

Açılış mərasimi ərəfəsində Bernar Buffenin əsərlərinin reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Kataloqda ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. O, Bernar Buffenin əsərlərinin Bakıya gətirilməsindən və dünyanın istedadlı memarlarından olan Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev Mərkəzində sərgilənməsindən məmnunluq hissi keçirdiyini qeyd edib.

“Mən Buffe və onun əsərlərini bir neçə il əvvəl kəşf etdim. Elə həmin an da onun rəsmlərinə vuruldum. Fikrimcə, Buffenin əsərləri emosiyalarla zəngindir və rəssamın xeyli dərin duyğularını ifadə edir. Buffenin hətta ən qaranlıq rəsmləri belə pozitiv enerji verir və bizə onun çox həssas ruhunun dərinliklərini görməyə imkan yaradır. Onun əsərlərinin yaydığı enerji çox güclüdür - sadəcə rəsmlərə baxmaq məni xoşbəxt bir aləmə aparır”, - deyə Leyla Əliyeva qeyd edib.

Bernar Buffenin Heydər Əliyev Mərkəzindəki sərgisi 15 yanvar 2015-ci il tarixinədək davam edəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.