Süpürgəçi bir gecəyə milyonçu oldu
23 sentyabr, 2014 08:21
Britaniyada süpürgəçi işləyən 2 yaşlı Cozef Uaytinq “Lotto” lotoreyasında 4,57 milyon avro qazanıb.
ERtv “Metro” nəşrinə istinadən xəbər verir ki, anası ilə Londonda qalan üç uşaq atası bir lotoreya bileti alıb.
Uaytinq biletinin udması barədə növbəti gün, səhər saat 4-də növbəyə hazırlaşarkən xəbər tutub.
“Yuxudan oyandım, nömrəmi yoxladım və altı rəqəmin hamısı var idi. Buna inana bilmirdim. Eynəyimi taxdım və bir neçə dəfə yoxladım”, – deyə Uaytinq bildirib.