Qazaxda zəlzələ olub
23 sentyabr, 2014 08:20
Qazax şəhərindən 19 km şimal-şərqdə zəlzələ baş verib.
ERtv Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 23 sentyabr 2014-cü il tarixində Bakı vaxtı ilə saat 02:05-də Qazax şəhərindən 19 km şimal-şərqdə zəlzələ qeydə alınıb.
Episentrdə zəlzələ 3,2 maqnituda olmuşdur. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.