Azərbaycanda siqaret istehsalı kəskin artıb
23 sentyabr, 2014 08:19
Yanvar-avqust ayları ərzində Azərbaycanda 1 mlrd. 323,6 milyon ədəd papiros və siqaret istehsal olunub.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 93,3 faiz artım deməkdir.
Həmçinin bu müddətdə fermentləşdirilmiş tütün istehsalı 1 651,1 tona çatıb. Bu isə istehsalın ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,5 faiz artmasını göstərir.
Qida, içki və tütün məmulatlarının istehsalı müəssisələri tərəfindən 1806,9 milyon manat həcmində məhsul istehsal edilib. Əvvəlki ilin yanvar avqust ayları ilə müqayisədə qida məhsullarının istehsalında 2,4 faiz, içki istehsalında 4,9 faiz, tütün məmulatlarının istehsalında isə 75,0 faiz artım müşahidə olunub.