İlham Əliyev Bakıda bərə terminalının açılışında iştirak edib
22 sentyabr, 2014 13:28
Sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxdı.
Azərbaycan Prezidenti mərasimdə çıxış etdi.
Sonra nəqliyyat naziri Ziya Məmmədov və Hollandiyanın “Van Oord” şirkətinin regional direktoru Hans Luijenburq çıxış etdilər.
Daha sonra dövlətimizin başçısı terminalı işə saldı.
Prezident İlham Əliyev bərələrin yüklənməsi və terminaldan yola salınması prosesinə baxdı.
Sonda xatirə şəkli çəkdirildi.