İki il bundan öncə xaricdə yaşayan, güvəndiyim və əziz bildiyim ailəvi dostumdan məsləhət almaq istədim.
Məni necə ruhdan salmısdısa, artıq o arzumdan əl cəkmişdim demək olar ki.
ERtv xəbər verir ki, bunu tanınmış ifaçı, əməkdar artist Aybəniz Haşımova öz Facebook səhifəsində paylaşdığı statusunda qeyd edib.
“Sonra bəlli oldu ki, dedikləri tam yalan-yanlış imiş. Mən inanmaq istəmirəm ki, o məni qəsdən ruhdan salırmış...Yaşı, başı üstündə olmuş adama yaraşarmı bu?...
Amma bir məsələni anlamıram, ya bilmədiyini, ya da ki, bilərəkdən dostuna necə yalnış informasiya verib onu ruhdan sala bilərsən... Bəlkə elə o insanın bütün ömrü o addımdan asılıdır?
Bir insanin gələcək qapısını baglamaq arzusu dost dediyinə yaraşarmı?...
Heç gözləməzdim. Sözümün ünvanı kimə aiddir ozü yaxşi bilir. Çox peşmanam sənə inandığım ücün” - deyə, A. Haşımova sonra qeyd edib.