Bakıda cəzaçəkmə müəssisəsindəki sexdə yanğın olub
22 sentyabr, 2014 13:25
Penitensiar xidmətin istehsalat sexində yanğın olub.
ERtv Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, hadisə dünən saat 22:10 radələrində Penitensiar xidmətin Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsindəki istehsalat sexində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Penitensiar xidmətin şəxsi heyətinə həyacan verilərək hazırlıq vəziyyətinə gətirilib.
Yanğın saat 23:15 radələrində söndürülüb. Hadisə vaxtı xəsarət alan olmayıb.
Fakt üzrə Penitensiar xidmət tərəfindən xidməti araşdırma, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təhqiqat aparılır.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı