"Qəbələ" "Neftçi" ilə heç-heçə etdi
21 sentyabr, 2014 21:02
Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
ERtv xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Son turda "Xəzər Lənkəran"ı məğlub edən "Neftçi" klubu səfərdə "Qəbələ" ilə heç-heçə edib 0:0.
Daha sonra "Qarabağ" öz meydanında "Simurq"u sınağa çəkəcək. Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi "Qarabağ" klubu bu görüşdə qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq. Zaqatala təmsilçisinin buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir.