"Sumqayıt" AZAL-a məğlub oldu
20 sentyabr, 2014 21:00
Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun növbəti oyunları keçirilir.
ERtv Qol.az-a istinadən xəbər verir ki, ikinci oyun gününə daha 2 qarşılaşma nəzərdə tutulub.
Mövsümə iddalı başlayan “Sumqayıt” öz meydanında AZAL-la qarşılaşıb. “Kimyaçılar” bu görüşdə qələbə qazanarsa, yenidən liderliyə yüksələcəkdi. Lakin oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:0.
Günün ikinci oyunu Lənkəranda keçiriləcək. Burada yeli “Xəzər Lənkəran” Premyer Liqamızın dübütandı “Araz Naxçıvan”ı qəbul edəcək.
Qeyd edək ki, Premyer Liqada 6-cı tura bazar günü keçiriləcək “Qarabağ” – “Simurq” oyunu ilə yekun vurulacaq.