Xəbərlər

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin yeni sədri seçilib
20 sentyabr, 2014 20:59

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinə yeni sədr seçilib.

ERtv Trend-ə istinadən xəbər verir ki, AYB Katibliyinin qərarı ilə bu vəzifəyə şairə Xəzangül Hüseynova təsdiq olunub.

Xəzangül Hüseynova bu gün Gəncə Dövlət Universitetində ədəbi ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, avqustun 29-da Gəncə bölməsinin sədri Məmməd Alim qəflətən dünyasını dəyişib. M.Alim 1989-cu ildən AYB-nin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı.

Xatırladaq ki, Xəzangül Hüseynova 1947-ci il dekabrın 17-də Gürcüstanın Borçalı qəzasının Qırıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. 7 kitab müəllifidir. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. 2008-ci ildə Türkiyədə "Bitmeyen Hazan" (Ankara-2008, "Bengü" nəşriyyatı) adlı kitabı çap edilib.

"Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncə Dövlət Dram Teatrında müvəffəqiyyətlə səhnəyə qoyulub.

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən Avrasiya Yazarlar Birliyinin üzvüdür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.