Ağ Ev ətrafında ikinci insident
21 sentyabr, 2014 20:53
Amerika Birləşmiş Ştatlarının Məxfi Xidməti iki insidentdən sonra Ağ Ev ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bəyan edib.
ERtv dünənki məlum hadisədən sonra naməlum şəxs avtomobildə Ağ Evin darvazasına gəlib və həmin yeri tərk etməkdən imtina edib.
Bundan sonra ABŞ Məxfi Xidmətinin direktoru Culiya Pirson ABŞ prezidentinin iqamətgahının bütün Şimal Hasarı boyunca patrul və müşahidə tədbirlərinin gücləndirilməsinə göstəriş verib.
Ötən gün bıçaqla silahlanmış şəxs Ağ Evin hasarından atlanaraq, binanın girişinə qədər gedə bilmişdi. Prezident Barak Obama və ailəsi bu insidentdən 10 dəqiqə əvvəl Ağ Evi tərk edibmiş.