“Qarabağ” Avroliqada ilk xalını qazandı
19 sentyabr, 2014 15:02
Bu gün Avropa Liqasında yeni mövsümə start verilib.
ERtv xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Bakıda Fransanın “Sent Etyen” klubunu qəbul edib.
Ağdam klubunun tam üstünlüyü şəraitində keçən oyun 0:0 hesabı ilə başa çatıb və “Qarabağ” Avrokubokların qrup mərhələsində ilk xalını qazanıb.