Bundan sonra Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən heç bir təşkilat hər hası bir sahibkarın, iş adamının fəaliyyətini yoxlaya bilməyəcək.
ERtv xəbər verir ki, bu haqda Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov sözügedən komitənin parlamentin qarşıdan gələn 2014-cü il payız sessiyası ilə bağlı sentyabrın 19-da keçirilən ilk iclasında çıxışı zamanı məlumat verib.
Onun qeyd etdiyinə görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun qəbulundan irəli gələrək xeyli sayda qanunlara təklif olunan dəyişiklikdə belə bir məqam öz əksini tapıb:
“Həmin dəyişikliyə əsasən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyən heç bir qurum, heç bir təşkilat bundan sonra sahibkarları, iş adamlarını yoxlya bilməyəcək.
Yoxlama aparmaq üçün onlar mütləq Ədliyyə Nazirliyindən qeydiyyatdan keməli olacaqlar. Bu, olduqca çox müsbət və əhəmiyyətli bir addımdır. Şəxsən mən bu addımı çox yüksək qiymətləndirirəm”.
Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun qəbulu ilə bağlı “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qiymətli kağızlar haqqında”, “İnvestisiya fondları haqqında” və sair qanunlara məlum dəyişiklik təklif olunub.