İtaliyanın baş nazirinin Azərbaycana səfəri təxirə salınıb
18 sentyabr, 2014 12:56
İtaliyanın baş naziri Matteo Rentinin Azərbaycana sentyabrın 20-nə planlaşdırılan səfəri təxirə salınıb.
ERtv-nin əldə etdiyi məlumata görə, səfər bir sıra daxılı məsələlər səbəbindən təxirə salınıb.
Qeyd edək ki, 20 sentyabr tarixində Bakıda baş tutacaq “Əsrin müqaviləsi”nin 20-ci ildönümü tədbirində İtaliyanın iqtisadiyyat nazirliyinin dövlət katibi Klaudio de Vinsetti iştirak edəcək.