Dairəvi yoldakı qəzada 5 nəfər xəsarət alıb
18 sentyabr, 2014 12:49
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ERtv-yə verilən məlumata görə, Bakı dairəvi yolunda sərnişin avtobusu ilə yük maşının toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Stansiyadan bildirilib ki, xəsarət alanlardan 4 nəfər qadın, 1-i isə kişidir. Yaralılardan 2 nəfər Respublika xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hazırda yaralıların vəziyyəti orta-ağırdır.
12.26
ERtv xəbər verir ki, bu barədə APA-ya hadisə şahidləri məlumat verib.
Məlumata görə, Bakı dairəvi yolunda “DAEWOO” markalı sərnişin avtobusu ilə “Ford” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində xeyli sayda yaralı olduğu bildirilib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı