Bakı sakini metroda öldü
18 sentyabr, 2014 12:48
Bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasında ölüm hadisəsi baş verib.
ERtv APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Mühafizəsi Üzrə Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, vəfat edən şəxs Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Ağakamal oğlu Seyidbəyli olub, O, platformada ürək tutmasından vəfat edib.