Xəbərlər

Gənc Tamaşaçılar Teatrının əməkdaşı mükafata layiq görülüb
17 sentyabr, 2014 10:18

Ötən gün AYB-nin “Natavan” klubunda görkəmli dramaturq Cəfər Cabbarlının 115 illiyinə həsr olunmuş “Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi keçirilib.

ERtv teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə sözügedən mükafata layiq görülüb.

Tədbirdə çıxış edənlər C.Cabbarlının zəngin bədii irsi, ədibin Azərbaycan teatr sahəsindəki əhəmiyyətli yerindən bəhs ediblər.

Daha sonra mükafatlandırma mərasimi həyata keçirilib. Kino nominasiyasında yazıçı, ssenarist İlqar Fəhmi, xalq artistləri Səidə Quliyeva, Ağakişi Kazımov, Hacı İsmayılov, Məleykə Əsədova, ədəbiyyat nominasiyası üzrə filologiya elmləri doktoru və professorlar Gülşən Əliyeva-Kəngərli, Himalay Qasımov, Tahirə Məmməd, Fikrət Rzayev, jurnalistika nominasiyasında Zemfira Kürdəxanlı və şairə Zərəngiz Dəmirçi Qayalı, təhsil və mədəniyyət nominasiyası üzrə Azərbaycan klassik ədəbiyyatının gənc nəslə təbliğində xidmətlərinə görə Xatirə Həşimzadə (Xızı şəhəri), Əbilov adına mədəniyyət mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov mükafata layiq görülüblər.

Mükafatın xüsusi diplomu Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə Fırat Universitetinin doktoru Süleyman Kaan Yalçına təqdim edilib.

Mərasimin sonunda muzeyin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək mükafat alanları təbrik edib.

Məlumat üçün bildirək ki, “Cəfər Cabbarlı Mükafatı” ilk dəfə C.Cabbarlı Ev Muzeyinin layihəsi əsasında “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin iştirakı və “BP” şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.