Azərbaycan ABŞ-la 852 milyon dollara yaxın ticarət əməliyyatı aparıb
17 sentyabr, 2014 09:11
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin həcmi 851 mln. 852 min dollar təşkil edib.
ERtv Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 4% az olub.
ABŞ-la ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 4%-ni təşkil edib. Bu dövrdə ABŞ Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı səkkizinci ölkə olub.
Ticarət dövriyyəsinin 447 mln. 540 min dolları ixracın, 404 mln. 312 min dolları isə idxalın payına düşüb.
Beləliklə, Azərbaycanın ABŞ-la ticarət dövriyyəsində 43 mln. 228 min dollar müsbət saldo yaranıb.
Hesabat dövründə ixrac ötən ilin müvafiq dövründən 29% azalıb. Azərbaycanın ABŞ-dan idxalı isə 62% artıb.