Xəbərlər

ADA Universitetində Şərəf andı içilib
15 sentyabr, 2014 11:05

Bu gün ADA Universitetinin professor və tələbə heyəti Şərəf andı içib.

ERtv xəbər verir ki, Şərəf Kodeksinin təqdim edilməsi və Şərəf andının içilməsi 2010-cu ildən bəri yeni akademik ilin əvvəlində ADA Universitetində keçirilən ənənəvi mərasimdir.

Hər il qeyd edilən bu tədbir zamanı tələbələr ADA-nın Şərəf Kodeksində qeyd edilmiş öhdəlikləri öz üzərlərinə götürmək və Şərəf andını imzalamaq şansı əldə edirlər.

Şərəf Kodeksini imzalamaqla ADA Universitetinin yeni tələbələri dərslərinə və təhsil prosesinə məsuliyyətlə yanaşmaq, özlərinə, tələbə yoldaşlarına və professorlarına hörmət etmək, heç bir halda ayrı-seçkilik və diskriminasiyaya yol verməyəcəklərinə, eyni zamanda imtahanlar zamanı köçürmə halları, akademik layihələr zamanı plagiat kimi hallardan qaçacaqlarına dair söz verirlər.
Bu il ADA Universitetinin həm bakalavr, həm də magistr dərəcəsinə qəbul olunmuş yerli və xarici tələbələr, o cümlədən professor və müəllim heyəti Şərəf andı içib və ADA-nın rektoru, səfir Hafiz Paşayev və universitetin dekanları tərəfindən “İnam Rəmzi” hesab edilən ADA medalları ilə təltif olunublar.

Qeyd edək ki, bu il ADA Universitetinə qəbul olan tələbələrdən 425-i bakalavriat, 129-u magistratura proqramlarına qəbul olub. Bundan başqa, bu il ADA Universitetində eyni zamanda mübadilə proqramları çərçivəsində əlavə 6 tələbə xarici tələbə oxuyacaq.

Azərbaycanın dövlət himni ilə başlayan tədbir daha sonra ADA-da təhsil alan 32 ölkə təmsilçilərinin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib. Tədbir zamanı ADA tələbələri tərəfindən hazırlanmış video nümayiş etdirilib, Şərəf Kodeksinin və Şərəf andının əhəmiyyəti ətrafında çıxışlar edilib.

Tədbir ADA-nın rektoru Hafiz Paşayevin nitqi və ADA-nın himninin səsləndirilməsi ilə tamamlanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.