Sərxoş gəmi kapitanı sərnişinləri çaya atdı
16 sentyabr, 2014 20:55
Rusiyanın Sankt-Peterburq şəhərində Neva çayı ilə hərəkət edən katerin sərxoş kapitanının bir neçə sərt manevr etməsi nəticəsində sərnişinlər göyərtədən çaya düşüb.
ERtv Gazeta.Ru-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Şimal-Qərb üzrə Nəqliyyat İdarəsinin məlumatında bildirilir.
“Gəmiçi kater ilə sərt dönüş edib, nəticədə göyərtədə olan iki sərnişin suya yıxılıb. Onlardan biri xəsarət alıb”, - deyə məlumatda qeyd olunub.
Kapitan işdən kənarlaşdırılıb.