Xəbərlər

Məcburi köçkünün puluna Dubayda yaxta kirayələyən dostlara hökm oxunub
16 sentyabr, 2014 20:52

Bakı Ağır Cinayətlər Məhkəməsində Kamran Cəbiyev, Səbuhi Tağıyev, Murad Muradov, Ramiz Abdullayev və Rövşən Əzimovun məhkəməsi başa çatıb.

ERtv-nin məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Kamran Cəbiyev, Səbuhi Tağıyev və Murad Muradov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Ramiz Abdullayev və Rövşən Əzimov 2500 manat cərimə olunublar.

İttihama görə, ötən il yanvarın 10-da Xəzər rayonu, Şüvəlan qəsəbəsində üç nəfər maskalı Akif Həmzəyevin evinə daxil olaraq ona məxsus içərisində 650 min manat olan seyfi qarajda olan “VAZ-2121” markalı avtomobilə qoyaraq qaçırıblar.

Hadisədən təxminən 3 ay sonra Kamran Cəbiyev və Səbuhi Tağıyev Salyan rayonu ərazisində idarə etdikləri “BMW-X5” markalı avtomobildə tutulublar.

Daha sonra isə Akifin evini onlara nişan verən Murad Muradov tutulub.

3 nəfərdən başqa “Niva” markalı oğurluq avtomobili onlardan alıb saxta qeydiyyat nişanı ilə idarə edən Ramiz Abdullayev və Rövşən Əzimov da həbs edilib.

Dostlar gülçülük təsərrüfatı ilə məşğul olan Akif Həmzəyevin evindən apardıqları seyfi sındıraraq içərisində olan 650 min manat pulu öz aralarında bölüblər. Pula “BMW-X5”, “Range Rover”, torpaq sahələri, mənzil, hətta avtomobillərinə sonu “90”, “666” olan dövlət nömrə nişanları alıblar.

Pulun bir hissəsini isə Dubayda əyləncəyə xərcləyiblər. Onlar hətta bahalı yaxtanın bir günlük kirayəsi üçün 7 min dollar pul ödəyiblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.