Xəbərlər

Azərbaycan iqtisadiyyatında 2,4% artım olub
13 sentyabr, 2014 08:37

Yanvar-avqust aylarında ölkədə 39,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib.

ERtv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb.

Onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,9 faizdən 57,3 faizədək yüksəlib.

ÜDM-in 61,9 faizi istehsal sahələrində, o cümlədən 45,0 faizi sənayedə, 11,8 faizi tikintidə, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,0 faizi isə xidmət sahələrinin payına düşüb.

Xidmətlər sektorunda əlavə dəyər istehsalının 25,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,3 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 47,0 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.