Xəbərlər

Fazil Məmmədov Litva səfirini qəbul edib
14 sentyabr, 2014 08:37

Sentyabrın 11-də vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Litvanın ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Valdas Lastauskası qəbul etmişdir.

ERtv xəbər verir ki, F.Məmmədov cənab V.Lastaukası salamlayaraq onu yeni təyinat münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.

Vergilər naziri ölkələrimiz arasında əlaqələrin ildən-ilə artan xətlə inkişaf etdiyini, hazırda Litva və Azərbaycan arasında bütün sahələrdə yüksək siyasi və iqtisadi münasibətlər formalaşdığını qeyd etmişdir. Bildirilmişdir ki, hər iki ölkə rəhbərlərinin verdiyi siyasi dəstək son illər iqtisadi, mədəni və ictimai sahələrdə də əlaqələrin dərinləşdirilməsinə imkan vermişdir. Xüsusilə təhsil, mədəniyyət və idman sahələrində əlaqələrin intensivləşdiyi, iqtisadi sahədə qarşılıqlı maraq doğuran bir sıra layihələrin həyata keçirildiyi vurğulanmışdır.

F.Məmmədov ölkələrimizin çoxtərəfli formatda, beynəlxalq təşkilatlarda birgə fəaliyyət sahəsində və Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində də çox səmərəli əməkdaşlıq etdiyini yüksək dəyərləndirmiş, Avropa Şurası və ATƏT çərçivəsində Azərbaycana verdiyi dəstəyə görə Litvaya təşəkkürünü bildirmişdir.

Vergilər naziri son illər ölkəmizdə bütün sahələrdə ciddi nailiyyətlər əldə olunduğu barədə qonağa məlumat verərək, bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş iqtisadi siyasətinin dayandığını bildirmişdir.

Səmimi qəbuldan məmnunluğunu ifadə edən cənab V.Lastauskas Litvanın Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini, mütəmadi olaraq hər iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin səfərlərinin təşkil olunduğunu diqqətə çatdıraraq, mövcud əməkdaşlığın genişləndirilməsi üçün diplomatik fəaliyyəti dövründə səylə çalışacağını bildirmişdir. O qeyd etmişdir ki, Bakıya gəldiyi gündən özünü çox rahat hiss edir və burada insanların onun ölkəsinə olan gözəl münasibətinin şahidi olmuşdur.

Görüşdə vergilər naziri F.Məmmədovun həmsədri olduğu Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparılmış, ötən il keçirilmiş iclasda qəbul olunmuş qərarların icra vəziyyəti, Komissiyanın bu ilin oktyabr ayında Şəmkir şəhərində keçiriləcək 4-cü iclasına hazırlığın gedişi müzakirə olunmuşdur.

Səfir V.Lastauskas Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirmiş, məhz bu fəaliyyət nəticəsində son 5 il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, digər sahələrdə də əlaqələrin intensivləşdiyini bildirmişdir. O, Hökumətlərarası Komissiyanın növbəti iclasının Şəmkir şəhərində keçirilməsinin də müsbət bir təcrübə olduğunu, bunun Komissiyanın Litva tərəfdən olan üzvlərinin Azərbaycanın regionlarının inkişafı ilə yaxından tanış olmasına imkan verəcəyini qeyd etmişdir.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanmış, növbəti Azərbaycan-Litva Biznes Forumunun keçirilməsi ilə bağlı Litva hökumətinin təklifləri, Şəmkir şəhəri ilə Litvanın Şaulyay şəhəri arasında qardaşlaşmış şəhərlər münasibətlərinin yaradılması haqqında Niyyət Protokolunun imzalanması imkanları, habelə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı digər məsələlər də müzakirə olunmuşdur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.