Millimiz Fransaya qalib gəldi
14 sentyabr, 2014 08:33
Çimərlik futbolu üzrə Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
ERtv Azerisport.az-a istinadən xəbər verir ki, 13-cü yer uğrunda görüşündə komandamızın rəqibi Fransa olub.
Millimiz bu görüşdən inamlı qələbə ilə ayrılıb.
DÇ-nin seçmə mərhələsi
13-cü yer uğrunda oyun
Fransa - Azərbaycan - 1:3 (1:2, 0:0, 0:1)
Qollar: Sabir Allahquliyev, 3 (0:1), Asif Zeynalov, 11 (1:2), Hikmət Bağırov, 31 (1:3).
Xatırladaq ki, millimiz seçmə mərhələ çərçivəsində bundan öncə Çexiya (4:1), Bolqarıstan (3:2) və Yunanıstana (6:3) qalib gəlib, İspaniyaya (3:5), İngiltərə (4:5), İsveçrə (2:4) və Macarıstana uduzub (3:4).