Xəbərlər

Avropadan Rusiyaya daha bir zərbə: Yeni qadağaların siyahısı
12 sentyabr, 2014 22:08

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni qadağaların siyahısını açıqlayıb.

Siyahıya Rusiyanın “Rosneft”, “Transneft” və “Qazpromneft” kimi şirkətlərin adları da düşüb.

ERtv BBC-yə istinadən xəbər verir ki, Aİ həmçinin Rusiyanın doqquz müdafiə konserninin ikili təyinatlı məhsullarının tədarükünə qadağa tətbiq edib.

Siyahıya “Sirius”, “Stankoinstrument”, “Ximkompozit”, “Kalaşnikov” konsernləri, Tula silah zavodu, “Texnoloqii maşinostroeniya”, “Vısokotoçnıe kompleksi”, “Almaz-Antey” HHM konserni və “Bazalt” EİB daxil edilib.

Yeni sanksiyalar, həmçinin “Uralvaqonzavod”, “Oboronprom” və Birləşmiş Təyyarəqayırma Korporasiyasına toxunacaq. Onlara borc məqsədi ilə maliyyə vəsaitinin ayrılması qadağan olunub.

Avropa qurumunun qərarı ilə Sberbank, VTB, Qazprombank, VEB və Rosselxozbank üçün nəzərdə tutulan borclar məhdudlaşdırılır.

Bundan əlavə, Avropa şirkətlərinə Rusiya tərəfinə dərinsulu, arktik və şist neftinin kəşfiyyatı və hasilatı üzrə xidmət göstərmələri qadağan olunub.

Fiziki şəxslərin qara siyahısına isə daha 24 soyad əlavə edilib: bura xüsusilə, deputatlar Jirinovski, Vasilyev, Melnikov, Lebedev və Leviçev, “Rostex” korporasiyasnın rəhbəri Sergey Çemezov, həmçinin Ukraynanın şərqindəki separatçıların liderləri - Aleksandr Zaxarçenko, Vladimir Kononov, Miroslav Rudenko, Gennadi Sıplakov, Andrey Pinçuk, Andrey Rodkin, Aleksandr Karaman, Georgi Muradov, Mixail Şeremet daxil olub.

Rusiyanın səhm bazarı yeni qadağalar haqqında elana düşmə ilə reaksiya verib, rubl də həmçinin dollar və avroya nisbətdə aşağı düşüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.