Xəbərlər

ADU yeni tədris ilinə yeni islahatlarla başlayır
12 sentyabr, 2014 22:04

2014-2015-ci tədris ilinə Azərbaycan Dillər Universiteti hər zamankı kimi yeniliklərlə, islahatlarla və uğurla qədəm qoyur.

ERtv xəbər verir ki, bu tədris ilində ADU tələbələrinin sayı 6000-ni keçib.

Bu il Azərbaycan Dillər Universitetinin bakalavr pilləsinə 1500-ə yaxın tələbə, magistratura pilləsinə isə 200-ə yaxın tələbə qəbulu olub.

Hər il olduğu kimi, yeni tədris ilində universitetin hər üç korpusunda əsaslı təmir işləri aparılıb, hər üç bina maddi-texniki bazası yenilənmiş formada tələbələrin ixtiyarına verilir. Azərbaycan Dillər Universitetinin ayırdığı maddi vəsait əsasında və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə ən müasir texnika və maddi-texniki baza ilə təmir edilmiş, 2008-ci ildə açılan İnformasiya Resurs Kompleksi (İRK), o cümlədən İRK-ın Amerika mərkəzi bu tədris ilində yenidən istifadəyə verilir. İlk dəfə universitet tarixində Azərbaycan Dillər Universitetində məhz İRK-nin nəzdində yeni telestudio açılır. ADU-nun müəllim və tələbələri bu telestudianın imkanlarından geniş şəkildə yararlana biləcəklər.

Bu tədris ilində ADU-nun tələbə yataqxanası yüksək səviyyədə yaşayış üçün lazım olan hər növ avadanlıqlarla təchiz edilərək təmirdən sonra tələbələrin istifadəsinə verilir.

Bu tədris ilindən universitetdə fəaliyyət göstərən professor-müəllim, o cümlədən işçi heyətinin əməkhaqları artırılıb. Yüksək səviyyədə işçilərin sosial rifahının yüksəlməsi, onların maddi durumunun yaxşılaşdırılması istiqamətində addım atılaraq maaşlar Azərbaycanda ali məktəblər sırasında ən yüksək səviyyəyə çatdırılıb. Bu gün ADU əməkdaşları 500-1500 AZN arası müxtəlif vəzifələr üzrə əməkhaqqı alırlar.

Beynəlxalq proqramlar nəticəsində ADU tələbələri bu gün artıq Fransa, Koreya, Norveç, İtaliya, Yaponiya, Çinin ali məktəblərində təhsillərini davam etməyə yollanırlar. Heç də təsadüfi deyil ki, hər zaman ilklərə imza atan Azərbaycan Dillər Universitetinin Pedaqoji fakültəsinin tələbəsi Nərmin İsmayılova Azərbaycanda ilk dəfə olaraq bu il ADU ilə yanaşı, Böyük Britaniyanın Esseks Universitetini də fərqlənmə diplomu ilə başa vuran ilk azərbaycanlı tələbə oldu.

Beynəlxalq əməkdaşlığa xüsusi önəm verən ADU-nun fəxri doktorlarının siyahısı artmaqda davam edir. Belə ki, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutora bu günlərdə ADU-nun fəxri doktoru adına layiq görülüb. Beləliklə, bu yeni tədris ilindən 22-dən çox dilin tədris olunduğu Azərbaycan Dillər Universitetində növbəti dərs ilindən macar dili də tədris olunacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.