Xəbərlər

Bakıda “Böyük Hindistan” sərgisi açıldı
12 sentyabr, 2014 21:02

Bu gün Bakıda “Böyük Hindistan” sərgisinin açılışı olub.

ERtv xəbər verir ki, sərginin açılışında Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar, Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev, xarici ölkələrin Bakıdakı diplomatik korpuslarının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfir Vinod Kumar bildirib ki, ilk dəfədir Bakıda belə bir sərgi təşkil olunur və hindistanlı iş adamları bu tədbirə böyük maraq göstəriblər.

Diplomat ümid edib ki, gələcəkdə bu cür tədbirlərin sayı və əhatəsi daha da genişlənəcək.

Səfir İbrahim Hacıyev isə Azərbaycanla Hindistan arasında çox gözəl münasibətlərin olduğunu vurğulayıb. Əlavə edib ki, bu sərgi iki tərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verəcək.

Daha sonra tədbir hind rəqsləri və musiqi nömrələri ilə davam edib.

Qeyd edək ki, satış-sərgidə bəzək, geyim, məişət əşyaları, hazır qidalar, düyü, çay, ədviyyatlar və digər mal və məhsullar satışa çıxarılıb.

Sərgini ilk günü olmasına baxmayaraq, xeyli insan sərgini gəzib və alış-veriş edib.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.