“Çelsi”nin baş məşqçisi Joze Maurinyo və “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola UEFA-nın hər il Nyonda keçirilən elit məşqçilər görüşündə futbol meydançasında otun hündürlüyü ilə bağlı mübahisə ediblər.
ERtv-nin Sports.ru-ya istinadən verdiyi xəbərə görə, Qvardiola bildirib ki, stadionlarda otun hündürlük səviyyəsini hazırkı 3 sm-dən 1,5 sm-dək azaldılması heç də pis olmazdı.
Bundan əlavə, ispaniyalı məşqçi bildirib ki, qazonu bilavasitə oyun öncəsi sulamaq lazımdır. Belə olan halda, futbol daha sürətli və tamaşaçılar üçün baxımlı olacaq.
Maurinyo isə bu ideyanın əleyhinə çıxıb: “Hər bir futbolçunun öz oyun tərzi var və buna hörmətlə yanaşmaq lazımdır. Futbol müxtəlif cürə baxımlı ola bilər”.
Qvardiola cavabında bildirib: “Futbolun qəşəngliyi komandanın məşqçisindən asılıdır. Mənə elə gəlir ki, Mourinyo baxımlılıqdan çox nəticəyə üstünlük verir”.