Xəbərlər

Hava limanında həyəcan: iki nəfər tutulub
10 sentyabr, 2014 21:15

Heydər Əliyev beynəlxalq hava limanının elektron mühafizə hasarını aşmağa cəhd edən iki nəfər ruhi-əsəb xəstəsi tutulub.

ERtv xəbər verir ki, bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli bildirib.

“Bu gün səhər saat 06-30 radələrində Aviasiya Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev beynəlxalq hava limanının elektron mühafizə hasarından qanunsuz olaraq aşmağa cəhd göstərən iki nəfər tutulub. Araşdırma zamanı məlum olub ki, tutulan şəxslər Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserindən qaçmış Lerik rayon sakini M. A. və Cəlilabad rayon sakini R. M.-dir”, - deyə M. Səfərli qeyd edib.

AZAL rəsmisi bildirib ki, tutulan şəxslər Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.
Hazırda faktla bağlı təhqiqat aparılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.