Xəbərlər

Səfir: “Hindistanlı iş adamları Azərbaycanı çoxdan arzulayırdılar”
10 sentyabr, 2014 21:09

“Hindistanla Azərbaycan arasında əlaqələr çox yaxşı səviyyədədir. Biz, xüsusilə, iqtisadi sahədə əməkdaşlığımızı daha da inkişaf etdirmək istəyirik”.

ERtv xəbər verir ki, bu barədə sentyabrın 12-də açılacaq “Böyük Hindistan” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar deyib.

Onun sözlərinə görə, iki ölkənin müxtəlif sahələrdə, o cümlədən siyasi, mədəniyyət sahəsində çox gözəl əlaqələri var.

Diplomat bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra iki dövlət arasında diplomatik əlaqələr quruldu. Ötən müddət ərzində qarşılıqlı olaraq yüksək səviyyəli səfərlər həyata keçirilib.

V.Kumar ticarət əlaqələrinin aşağı səviyyədə olduğunu vurğulayıb.

Diplomat deyib ki, 2012-ci ildə Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 2 milyard dollar, ötən il isə bir qədər aşağı düşərək 1 milyarddan çox, cari ilin son altı-yeddi ayı ərzində 600 milyon dolları ötüb.

Onun sözlərinə görə, Hindistan çayı, düyüsü, dərman preparatları bir-iki il əvvələ kimi daha çox Azərbaycana ixrac olunurdu. Diplomat onu da qeyd edib ki, hindistanlı iş adamları Azərbaycan bazarlarına öz mallarını çıxarmağı çoxdan arzulayırdılar.

Səfir ümumilikdə sərgidə 39 sahə üzrə şirkətdən 80 nəfərin iştirak edəcəyini, orada məişət əşyalarından tutmuş, qida məhsullarına qədər təqdim olunacağını vurğulayıb.

Sərginin açılışında Azərbaycanın Hindistandakı səfiri də iştirak edəcək.

Sərgi təşkilatçıları olan şirkətlərin təmsilçiləri isə indiyə kimi dünyanın bir çox ölkələrində bu tədbirin keçirildiyini vurğulayıblar:

“Azərbaycanda çoxdan bu sərgini keçirmək istəyirdik, siz orada kiçik bir Hindistan görəcəksiniz. Sərgidə mebellər, yataq dəstləri, xalılar, baş örtüklərindən tutmuş, brilyant bəzək əşyaları, çay, digər ədviyyatlar, hətta yeməklər olacaq”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.