Xəbərlər

Bakıda arıçılıq məhsullarının sərgi satış yarmarkası keçiriləcək
10 sentyabr, 2014 21:05

Oktyabrın 1-dən 30-dək Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

ERtv Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarka Nizami küçəsi, 92 ünvanda (metronun “28 may” stansiyasının yaxınlığında, keçmiş “Ayaqqabı fabriki”nin binası)  keçiriləcək.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabr ayının 10-dan 25-dək sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Arıçılardan  şəxsiyyət vəsiqəsi,  arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, yarmarkaya gətirilmiş arıçılıq məhsullarının Zona Baytarlıq Laboratoriyasında müayinəsi haqqında  ekspertiza sənədi tələb olunur.

Nazirlikdən bildirilib ki, ancaq qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.

Eyni zamanda 2014-cü il sentyabr aynıın 29-da arıçılığa həsr edilmiş seminarın keçirilməsi nəzərdə tutulur və seminarın sonunda şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin püşkatması keçiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.