Azərbaycan Dillər Universitetinin Tərcümə (Fransız dili) fakültəsinin magistratura dərəcəsinin 2-ci kursunda təhsil alan Şirəli Əliyev təhsilini Fransada davam etdirəcək.
ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən ERtv-yə verilən məlumata görə, o, Dillər Universitetinin dəstəyi ilə Fransanın ITIRI (Institut de Traducteurs, d'Interprètes et de Relations Internationales) Strasburq Universitetinin Fransız, ingilis, türk dili üzrə Professional tərcümə fakültəsinin magistr pilləsində təhsil alacaq.
Şiralı Mövsüm oğlu Əliyev 1986-cı il aprelin 21-də Neftçala rayonunda mühəndis ailəsində anadan olub. 2003-cü ildə Azərbaycan Dillər Universitetinin Tərcümə (Fransız dili) fakültəsinin bakalavr pilləsinə qəbul olmuş Şiralı Əliyev 2007-ci ildə əlaçı diplomu ilə məzun olub. 2009-2012-ci illərdə Türkiyədə turizm sahəsində əmək fəaliyyəti ilə məşğul olan Ş. Əliyev 2012-ci ildən hal-hazırkı dövrə qədər fəaliyyətini Azərbaycanda eyni sahə üzrə davam etdirir. 2013-cü ildə Dillər Universitetinin Tərcümə (Fransız dili) fakültəsinin magistr pilləsində təhsil alır.
Tərcümə sahəsində lazımi bilikləri əldə etmək və magistr təhsilini uğurla tamamladıqdan sonra öz peşəsini sevən bir tərcüməçi olaraq fəaliyyətini tərcümə sahəsində davam etdirmək istəyir. Geri döndükdən sonra Avropada əldə etdiyi bilik və təcrübələri doğma vətənə xidmət üçün tətbiq etməyi düşünür.