Abşeronda neft quyusunu alov bürüdü
08 sentyabr, 2014 12:54
Abşeron rayonunda neft quyusunun ətrafında yanğın baş verib.
ERtv Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə 10 kv.m sahədə neft məhsullarının qalıqları yanıb.
Yaxınlıqdan keçən qaz boru kəmərləri yanğından mühafizə olunub. Yanğın axşam saatlarında söndürülüb.