Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşü gözlənilir
09 sentyabr, 2014 13:03
Oktyabrın əvvələrində, təxmini olaraq ayın 10-da Parisdə Fransa Prezidenti Fransua Ollandın təşkilatçılığı ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevin və Serj Sarkisyanın görüşü gözlənilir.
ERtv-nin Ermənistan mətbuatına istinadən verdiyi xəbərə əsasən, bunu Avropa Şurası Parlament Assambleyasıın vitse-prezidenti, Fransa Milli Assambleyasnın deputatı Rene Ruke deyib.
O qeyd edib ki, prezidentlərin Soçi görüşündən sonra tərəflər arasında gərginlik azalıb.
“Çox vacibdir ki, Soçidə görüş zamanı tərəflər bir-birilə danışdılar və anlaşıq yoluna düşdülər”, R.Ruke deyib.