Tanınmış aparıcının qızı dünyasını dəyişib
09 sentyabr, 2014 13:00
Azərbaycanın tanınmış diktoruna ağır itki üz verib.
ERtv xəbər verir ki, Şərqiyyə Hüseynovanın cavan qızı dünyasını dəyişib.
Bu barədə əməkdar artist Aybəniz Haşımova Facebook profilində yazıb:
"İndicə cox pis xəbər aldim... AzTV-nin dəyərli aparıcısı, illərimin ən gözəl insanlarından, Şərqiyyə xanım Hüseynovanın qızı vaxtsız vəfat edib. Allah rəhmət eləsin. Çox üzüldüm, çox. Allah anasına səbr versin. Amin!"
Şərqiyyə Hüseynovanın bacısı Samirə xanım ANS PRESS-ə açıqlamasında mərhumə, 43 yaşlı Mehriban Əhmədovanın insult keçirdiyini bildirib:
"Qəflətən beyninə qan sızdı. Heç bir problemi yox idi. Təkcə uşaq yaşlarından asma xəstəliyindən əziyyət çəkirdi. Bilmirik niyə belə oldu. Bacım dəhşət içindədi..."