Bakıda betonqarışdıran maşın aşdı, yaralı var
07 sentyabr, 2014 08:53
Bu gün Bakıda ağır yol qəzası olub.
ERtv-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Səbail rayonunda “KamAZ” markalı betonqarışdıran avtomobilin aşması barədə məlumat daxil olub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əməliyyat saat 16:50-də başa çatıb.